Moldova hökuməti ölkədə yaranan yanacaq çatışmazlığı ilə əlaqədar energetika sahəsində 30 günlük həyəcan rejimi tətbiq etmək qərarına gəlib.
Qərar Nazirlər Kabinetinin xüsusi iclasında qəbul olunub. Ölkənin Baş naziri Vasile Tofan energetika sektorunda bir aylıq həyəcan rejiminin elan edilməsini təklif edib və hökumət üzvləri bu təşəbbüsü dəstəkləyiblər.
Qeyd olunur ki, qərar dövlət nəşrində dərc edildikdən sonra rəsmi qüvvəyə minəcək.
Moldova hökuməti daha əvvəl ölkədə dizel yanacağı çatışmazlığının yarandığını açıqlamışdı. Buna səbəb kimi Dunay çayında su səviyyəsinin aşağı düşməsi və Yaxın Şərqdə gərginliyin artması göstərilib.
Bundan əlavə, Ətraf Mühit Nazirliyi isti hava və iqlim dəyişiklikləri səbəbindən Dnestr çayında su səviyyəsinin kritik həddə endiyini bildirib. Hakimiyyət vətəndaşları sudan daha qənaətli istifadə etməyə çağırıb və Ukraynaya su buraxılışının artırılması ilə bağlı müraciət imkanını nəzərdən keçirir.








