RU
Moskva hökuməti əcnəbilərin orduda xidməti üçün infrastruktur yaradacaq
20:50
242

Moskva hökuməti əcnəbilərin orduda xidməti üçün infrastruktur yaradacaq

Yaxın vaxtlarda Moskva hökuməti əcnəbilərin hərbi xidmətə daxil olmasını təşkil etmək üçün "Saxarova” miqrasiya mərkəzində tam infrastruktur yaradacaq.

Bunu Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, Moskva hökuməti xarici vətəndaşların hərbi xidmətə daxil olmasından ötrü Müdafiə Nazirliyinə kömək etmək üçün Saxarova miqrasiya mərkəzində infrastruktur yaradacaq.

Mer xatırladıb ki, bu yaxınlarda qəbul edilmiş qanuna əsasən, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayan əcnəbilər Rusiya vətəndaşlığını mümkün qədər sadə şəkildə ala biləcəklər./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ