Moskvada beşinci sinif şagirdi müəllimi bıçaqlayıb.
İnsident Novoya Moskvanın Maryino qəsəbəsində yerləşən 1392 saylı məktəbdə baş verib.
Məktəbin beşinci sinif şagirdi səhər saatlarında bıçaqla müəllimini yaralayıb. Şagird saxlanılıb.
Müəllim xəstəxanaya yerləşdirilib, həyatına təhlükəsinin olmadığı bildirilib.








