Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonunda müxtəlif markalı 2 motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.








