RU
MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb
11:40
35

MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.

 MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.

Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
 MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb | Şərq qapısı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ