7News.az xəbər verir ki, Hindistanın Bihar ştatında özünü şəfaverici kimi təqdim edən bir şəxsin, əlil uşaqları müalicə etmək bəhanəsi ilə təxminən dörd il ərzində ayaqlarından tutub başıaşağı yellədiyi məlum olub. Ailələrin uşaqlarını həftədə iki dəfə həmin şəxsin yanına apardıqları bildirilsə də, şok yaradan görüntülərin üzə çıxmasından sonra şübhəli şəxs nəzarətə alınıb və barəsində hüquqi proses başladılıb.








