RU
Müğənni qəza keçirdi, vəsiqəsi əlindən alındı-FOTO
15:40
481

Müğənni qəza keçirdi, vəsiqəsi əlindən alındı-FOTO

Türkiyəli müğənni Tuğba Özerk anası ilə xına məclisindən qayıdarkən qəza keçirib. "Qafqazinfo” Posta qəzetinə istinadən məlumat verir ki, hadisə ötən gecə baş verib. 

Xəsarət almayan sənətçi və anası polis əməkdaşları tərəfindən şöbəyə gətirilib. Tubanın spirtli içki qəbul etdiyi məlum olub. 

Beş saat ifadə verən ifaçının sürücülük vəsiqəsi əlindən alıb. O, iki il müddətində avtomobil idarə edə bilməyəcək. 

"Qəzadan sonra polisə zəng vurmuşam. Gəliblər, ancaq sonrakı prosesləri başa düşə bilmirəm. Vəzifəsindən sui-istifadə edənlər var. Haqsız yerə sürücülük vəsiqəmi əlimdən aldılar. Məhkəməyə müraciət edəcəm” –deyə Özerk bildirib. 

Müğənni qəza keçirdi, vəsiqəsi əlindən alındı
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ