Dünyaca məşhur müğənni, 51 yaşlı Selin Dion anasının ölüm xəbərini aldıqdan bir saat sonra konsert verib.

7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, "Courage" Dünya Turu çərçivəsində etdiyi son konsertini müğənni anasına həsr edib.
"Şou davam etməlidir" düşüncəsi ilə yaşayan müğənni Mayamidəki "American Airlines Arena"da verdiyi konsert zamanı dediyi sözlərlə hər kəsi şoka salıb:
"Bu səhər anamın öldüyü barədə xəbərləri eşitmisiniz. Amma mən yaxşıyam. Anam 92 yaşındaydı. Uzun müddət xəstə idi, bilirdik ki, bizimlə çox qalmayacaq. İki gün öncə ona baxan tibb bacılarından zəng gəldi və tez bir zamanda onu itirəcəyimizi dedilər... Dünən gecə bacı-qardaşlarımla Monrealda onun yanında toplaşmışdıq. Ona hekayələr danışdıq, mahnılar oxuduq. Bir-birimizi qucaqladıq, bir-birimizlə vidalaşdıq. Əmin idik ki, anamız vəfat etməzdən əvvəl bir araya gəlməyimizi gözləyirdi."
Məşhur ulduzun anası Tereza Tanguay Dion ötən cümə günü, 92 yaşında Monrealda dünyasını dəyişib. Onun 14 övladı olub. Selin Dion onların ən kiçiyidir.

Maman, nous t’aimons tellement...
Nous te dédions le spectacle de ce soir et je chanterai pour toi avec tout mon coeur. // Maman, we love you so much… We dedicate tonight’s show to you and I’ll sing to you with all my heart. Love, Céline xx…