Əməkdar artist Ədalət Şükürov ARB TV-nin "Boş anlar” verilişinə qonaq olub.
7News.Az-ın məlumatına görə, sənətçi ailəsi haqda danışıb:
Ailədə çox ciddi bir insanam. Müğənnilər öz övladlarının və həyat yoldaşlarının rəsmlərini paylaşırlar. Mən göstərmirəm və göstərmək də fikrim yoxdur. Çünki istəmirəm ki, məni və ailəmi tanımayan hansısa cılız, özünə hörmət etməyən bir adam İnstaqramda nəsə bir şey yazsın.
Açığı sosial şəbəkələrdən çox narahatam. Ona görə nə mənim, nə də ailəmin orda yeri var”.








