Maraqlıdır, əgər cəbhədə vəziyyət gərginləşərsə, onlar orduya çağırılacaqmı?
"Çağırışla bağlı Azərbaycanda daimi Hərbi Çağırış Komisiyası fəaliyyət göstərir. Onun fəaliyyəti də Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Hərbi xidmətdə möhlət hüququna malik olan gənclərin sənədləri iki cür olur. Sülh dövründə yararsız, müharibə dövründə qismən yararlı, sülh dövründə yararsız, müharibə dövründə də yararsız.
Bu gün sağlamlığı əlinə silah götürməyə imkan verəcək kifayət qədər gənclərimiz var. Azərbaycanda əlavə gücə ehtiyac yoxdur. Bizim bu gün rahat şəkildə 300 minə yaxın ehtiyyatda olan hərbi qulluqçularımız var. Həm sağlamlıq göstəriciləri, həm də digər keyfiyyətlər imkan verir ki, onlar yenidən hərbi xidmətə cəlb olunsun. Zaman-zaman tədricən yaşı ötmüş şəxslər ehtiyyatdan çıxırlar. Yəni, onlar bir də hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmət müddətini başa çatdırıb, ehtiyyatda olan və digər sahələrdə fəaliyyətlərini davam etdirən kifayət qədər kontingent də var. Əlbəttə, zərurət yaranacaqsa, həmin şəxslər də hərbi xidmətə cəlb olunacaq. Onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbələrində qeydiyyatdadırlar”.
Hərbi ekspert qeyd etdi ki, hər kəs hərbi xidmətə yönləndirilə bilməz:
"Hərbi xidmtə cəlb olunacaq şəxslərin arasında hansısa ağır xəstəlik daşıyıcıları da ola bilər. Bu səbəblə, hər kəs hərbi xidmətə yönləndirilə bilməz. Həmin şəxslər yoxlamadan keçməlidir. Düşünmürəm ki, bu, bizdə problem yaradacaq. Biz insanlarımızı çox rahat şəkildə komissiyadan keçirmə iqtidarındayıq. Həm də onların müəyyən ixtisasla, hərbi sahə üzrə təlimlərə, və yaxud toplantılara cəlb etmək imkanına malikik”.//big
7News.az








