7news.Az ötən gün sosial meydyaya müsahibə verən müharibə veteranı Mingəçevir MRX-da ona edilən haqsızlıqla bağlı danışıb. Belə ki, qəflətən vəziyyəti pisləşən Şəfa Zeynalov təcili tibbi yardım çağrılaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Ş.Zeynalov orada bir çox problemlərlə rastlaşdığını bildirir. Ş.Zeynalov iddia edir ki, tibbi sığorta olsada orada həkinlər xəstələrin əlinə baxır. Vətəndaş video müsahibəsində bildir ki, o xəstəxanada stosionar müalicə olunduğu dövrdə heç bir dərmanla təmin olunmayıb. Hətda yemək belə verilməyib ona. Ş.Zeynalov deyir ki, xəstələrə verilən yeməyi həkim və tib işçiləri özləri yeyirdi. Müharibə veteranı məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, prokurorluğa və digər qurumlara müraciət etdiyini bildirib. Mövzuya yenidən qayıdacağıq, qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. Şəfa Zeynalovun video müsahibəsini təqdim edirik.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








