Bir neçə gün öncə fiziki təzyiqə məruz qalan jurnalist Zülfüqar Xeyirxəbərin işi ilə bağlı Baş prokurora müraciət olunacaq.
7News.Az xəbər verir ki, bu barədə ölkə.az-a jurnalist Zülfüqar Xeyirxəbər özü məlumat verib.
Z.Xeyirxəbərin sözlərinə görə, ona fiziki zor işlədən Seymur Mustafazadə barəsində Cinayət məcəlləsinin 221-1 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. "Onun saxlanma müddətindən 48 saat vaxt keçib və məhkəmə onun barəsində həbsqətimkan tədbiri seçməlidir. Lakin işi aparan müstəntiq və məhkəmə onun barəsində həbsqətimkan tədbiri seçilməsi barədə məhkəmə prosesini qeyri-müəyyən vaxta təxirə salıb və zərərçəkən kimi mənə məlumat verilmir. Müstəntiqin hərəkətləri məndə şübhə doğrur və hər vəchlə işi başqa istiqamətə yönəltməyə çalışır”- zərərçəkən bildirib.
Jurnalist onu da əlavə edib ki, ona fiziki zor işlədən Seymurun yaxınları ona rüşvət təklif edərək, şikayətini geri götürməyi təklif ediblər: "Lakin mən onların təklifindən imtina etmişəm. Mən eyni zamanda müstəntiqin hərəkətindən də narazıyam. Mənə qarşı zor tətbiq edən şəxsə Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə cinayət işi açmaq əvəzinə, 221.1 maddəsi ilə cinayət işi açıb. Bu maddəyə görə məsuliyyətə cəlb olunanın 1 ilədək azadlıqdan məhrum edilməsi və ya 3 min manatadək cərimə nəzərdə tutulur. Mən isə müstənqitdən 221.2 maddəsinin açılmasını tələb etsəm də, o, maksimum bundan yan keçməyə çalışır və onun hərəkətləri məndə müəyyən şübhələr yaradır”- jurnalist bildirib.
Z.Xeyirxəbər əlavə edib ki, istintaq prosesində yaranmış durum narahat etdiyindən Mətbuat Şurasına rəsmi müraciət edib və sədr Əflatun Amaşovla danışıb: "Ondan istintaq prosesinin ədalətli aparılması üçün Baş prokurora müraciət edilməsini xahiş etdim. Onlar da gün ərzində Baş Prokurorluğa müraciət edəcəklərini bildirdilər”.

7News.Az