RU
Nadir yanaşı durduğu əməkdar artisti tanımadı - FOTO
13:50
389

Nadir yanaşı durduğu əməkdar artisti tanımadı - FOTO

Müğənni Nadir Qafarzadə sosial media hesabında etdiyi paylaşımla diqqət çəkdi.

7News.Az xəbər verir ki, ifaçı "instaqram" hesabında arxiv fotosunu paylaşıb. Fotoda əməkdar artist Mətanət İsgəndərli ilə görüntülənən Nadir posta yazdığı şərhlə maraqlara səbəb olub. Belə ki, o, fotoya "Yanımda olan sənət dostumu xatırlamadım. Bəlkə, kömək edəsiniz? Mən Mətanət İsgəndərliyə oxşatdım, sizcə? Foto 2000-ci ilə təsadüf edir".

İzləyicilər fotoya çoxsaylı şərhlər yazıblar. Onlar müxtəlif fikirlər yürüdüblər. Bəziləri Mətanət İsgəndərliyə, bəziləri isə Bahar Lətifqızına bənzətiblər. Fotodakı məşhuru Rəqsanə İsmayılovaya bənzətənlər də az olmayıb.

Sözügedən fotonu təqdim edirik:

Nadir yanaşı durduğu əməkdar artisti tanımadı - FOTO
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ