
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə o, "The Sun"a müsahibəsində danışıb.
Ulduz gündə cəmi 1 dəfə yemək yediyini deyib:
"Nahar edirəm. Nahar həm də mənim şam yeməyimdir, çünki əslində gündə cəmi bir dəfə yeyirəm"

Bazar günləri isə model istisna olaraq desert hazırlaya, tort və pudinq yeyə bilər.
O, yeməkdə süd məhsullarından və qlütendən istifadə etmədiyini etiraf edib.
"İstədiyim vaxt yeyirəm, ac qalmıram. Günümü yeməksiz keçirmək istəyirəmsə, sadəcə su və ya şirə içirəm. Nə zaman və həftədə neçə gün ac qalacağımı öncədən heç vaxt planlamıram. Bu, özümü necə hiss etməyimdən asılı olaraq, həftədə bir ya iki dəfə ola bilər. Ürəyim istədiyi vaxt bunu edirəm. İstilərdə bəzən ürəyim sadəcə şirə istəyir", - deyə Naomi bölüşüb.
Kampbell, həmçinin, əlavə edib ki, podiuma çox çıxdığı dövrdə tez-tez "İntermittent Fasting"dən (Fasiləli Orucdan) istifadə edib.
Fasiləli yemək diyetası Cennifer Eniston, Molly Sims, Hyu Cekman kimi bir çox ulduz arasında dəbdədir.
Qeyd edək ki, İslam dinindəki oruc da "fasiləli orucun" bir növüdür.
Fasiləli oruc (Intermittent Fasting) nədir?

Fasiləli oruc (Intermittent Fasting) saatlarla ac qalmağı nəzərdə tutan pəhriz növüdür.
Onun 12-12, 16-8, 24-24 kimi fərqli yemə periodları vardır:
- 12-12 periodunu seçsəniz, gündə yalnız 2 dəfə qidalanırsınız və bu iki dəfənin arasında 12 saat fasilə olmalıdır. Bu paylar arasında istədiyiniz kimi çay, qəhvə və ya digər kalorisiz içkiləri içə bilərsiniz.
- 16-8 periodunda isə 2 payınızın arasında 8 saat fərq olur və 16 saat heç bir şey qəbul etmirsiz. Bu, müsəlmanların orucuna daha yaxın növdür.
- 24-24 sistemini tətbiq etdikdə, həftədə yalnız bir gün 24 saat yemək yeməmək lazımdır. Ya da həftənin 5 günü normal rejiminizdə yemək yeyib, 2 gün isə gündəlik kalorinin yalnız 20-25 faizini sərf edərək bu qidalanma stilini tətbiq edə bilərsiz.
Əslində bu qidalanma tərzi illərdir Hollivud ulduzlarının da zaman-zaman tətbiq etdiyi pəhrizlərdəndir.
Bu cür qidalanma zamanı yeməyin miqdarında heç bir məhdudiyyət qoyulmur. Sadəcə olaraq şəkərli, əlüstü qidalardan uzaq durulmalıdır. Uzun müddət ac qalmağı tələb edən bu qidalanma tərzi şəkər və təzyiq xəstələri üçün tövsiyə edilmir.
Həqiqətdə, insan orqanizmi oruc tutmağa uyğunlaşıb. Keçmiş dövrlərdə insanlar qidanı elə də asanlıqla tapa bilmirdilər və uzun müddət ac qalmalı olurdular.
Aparılan araşdırmalara görə fasiləli oruc çəkinin azalmasına kömək edir, nizamlı tətbiq olunduqda isə sağlamlığa da müsbət təsir göstərir: xərçəng riskini azaldır, təzyiqi normallaşdırır, 2-ci tip diabetin qarşısını alır və ürək xəstəliklərindən qoruyur.
Məsələ burasındadır ki, yediyimiz yeməklər orqanizmə daxil olduqdan bir müddət sonra həzm edilməyə başlayır. Qidaların sovurulması isə kalorisindən asılı olaraq 3-4 saat ərzində yekunlaşır. Sonra isə bədənimiz enerji istehsal etmək üçün toplanmış yağları yandırmağa başlayır. Çəkinin azalması prosesi də bu səbəbdən baş verir.
Lakin standart pəhrizlərdə arada "atışdırılan" yeməklər arıqlamağınıza mane olur. Çünki orqanizm toplanmış yağı yandırmaq əvəzinə, ara paylardan qəbul etdiyi qidanı yandırmağa başlayır.
7News.Az








