RU
16:50
461

"Natavan məndən 25 min təzminat istədi" - Tolik

Hər dəfə qalmaqallı açıqlaması ilə gündəmə gələn prodüser, aparıcı Tolik yenə də açıqlaması ilə diqqət çəkib.

7News.Az xəbər verir ki, aparıcının "Youtube" kanalında yayımlanan "Toliklə Səmimi" verilişində müğənni Natavan Həbibi ilə bağlı maraqlı açıqlama verib:

"Mən buradan Natavana demək istəyirəm ki, məni həyatda heç kim heç nəyə məcbur edə bilməz. Natavanla məhkəmədə dava edəndə birinci mənə iyirmi beş min manat təzminat açmışdılar. Mən o məbləği verəcəkdim. Onlar bildi ki, mən verəcəm o pulu, dedilər ki, təzminat istəmirik, üzr istəsin. Amma heç birimiz üzr istəmədik. Mən bircə Natavanın anasından üzr istəmişəm. Çünki o anadır. Onun qızına qarşı haqsızlıq etmişdim. Əgər buna haqsızlıq demək olardısa. Ondan sonra Natavanla bir yerdə Kislovodskiyə getmişdik qucaqlaşıb görüşüşük, amma ortada üzr istəmək olmayıb. İndi Natavanla münasibətim yaxşıdır ".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ