RU
NATO ölkələrinin xarici işlər nazirləri martın 23-24-də Brüsseldə görüşəcəklər
21:42
180

NATO ölkələrinin xarici işlər nazirləri martın 23-24-də Brüsseldə görüşəcəklər

Pandemiya başlayandan bəri ilk dəfə NATO ölkələrinin xarici işlər nazirləri 23-24 mart tarixlərində Brüsseldəki mənzil qərargahında görüşəcəklər. 

Bu barədə alyansın sözçüsü Oana Lunqesku "Twitter” səhifəsində yazıb.

O bildirib ki, iclasa NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, bundan əvvəl Qərb mediası ABŞ dövlət katibi Entoni Blinkenin NATO xarici işlər nazirlərinin toplantısında iştirak etmək və avropalı tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedəcəyini yazmışdı./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ