Xəbər verdiyimiz kimi, "O ses çoçuklar" müsabiqəsinin iştirakçısı Nazar Nur Kaya həkimlərin səhv müalicəsi nəticəsində dünyasını dəyişib.
7News.Az BAKU.WS-yə istinadən məlumatına görə, mərhum ifaçını son mənzilə yola salmaq üçün müsabiqənin münsif heyətində əyləşən müğənnilər Hadisə və Murad Boz da qatılıb.
Nazar Nur Kayanın anasının Hadisədən bir istəyi isə ürəkləri dağlayıb. Belə ki, o, müğənniyə qızının yazdığı şeirə mahnı oxumasını xahiş edib:
"Qızım gözəl bir mahnı yazmışdı. Nə olar onu oxu".
Hadisə dərdli ananın bu istəyini geri çevirməyib. Müğənni ona "Təbii oxuyaram" cavabını verib.












