Nazilə Səfərli uzun zamandır məhkəməlik olduğu həmkarı Fatimə ilə bağlı açıqlama edib.
Gecə vaxtı ARB televiziyasında yayımlanan "Maqazin plus”verilişinin kameralarına tuş gələn şairə sözləri ilə Fatiməyə "göz dağı” verib:
"Mənim üçün maddi təzminatdan çox üzr istəmək daha önəmlidir. Hələ də o üzr istənməyib, baxmayaraq ki, məhkəməni mən qazanmışam. Hətta dua edirəm ki, Fatimə bir az da gecikdirsin bu üzr məsələsini. Çünki Azərbaycan qanunlarını ona bənd-bənd, şəxsən başa salmaq istəyirəm”.
Onun sözlərin görə artıq heç bir halda Fatimə ilə barışıq mümkün deyil:
"Sizə kim dedi ki, mən barışmaq istəyirəm? Niyə də barışmalıyam? Bir deyil, iki deyil…Artıq boğaza yığılmışam”.








