Məşhur "Kurtalan Ekspres" qrupunun üzvü olan və Barış Mançonun musiqiçisi kimi tanınan Hüseyn Cebeci vəfat edib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cebecinin nəşi Bodrumdakı evində tapılıb.
Onun öv tüfəngi ilə qətlə yetirildiyi məlum olub.
Onun cəsədi günlərdir musiqiçidən xəbər ala bilməyən və evinə girən qohumları tərəfindən tapılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb və ölümün intihar, yoxsa qətl olub-olmadığı cinayət araşdırması və Məhkəmə Tibbi ekspertizasının hesabatından sonra müəyyən ediləcək.








