Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında borc qalmaqalı pik həddə çatıb. Adları nazirliyin "qara siyahı”sında yer alan sənət adamlarının bəzirləri vergi borclarını versə də, tanınmışların çoxu "qara qəpik də verməyəcəyik” deyə israr edir.
Xalq artisti Gülyanaq Məmmədova hələ də vergi borcunu ödəmədiyini deyib. Bildirib ki, bununla əlaqədar nazirlikdən ona bir neçə dəfə zəng gəlib.
"Mənə zəng edib bildirdilər ki, nə vaxt vergi borcunuzu ödəyəcəksiniz? Dedim ki, heç vaxt. Mən hər rüb üzrə qazandığım gəlirə əsasən vergi ödəyirəm. Xəbərdarlıq edilmədən yazılmış borcu ödəməyə imkanım yoxdur. Mən həmişə ödəniş etmiş adamam, niyə o boyda borcum olmalıdır ki? Onlar mənə telefonda heç nə demədilər. Mədəni şəkildə sağollaşdılar.
Mən hamilə qadınam, toylara çətinliklə, ağırı içində gedirəm. Əlimdə pul olmalıdır ki, uşaq olandan sonra ona baxım. Axı 2-3 ay işləyə bilməyəcəm”.
Ölkədən çıxışına qadağa qoyulan müğənni Abbas Bağırov borc məsələsinin həll edilmədiyini söyləyib.
Adının Vergilər Nazirliyinin "qara siyahı”sına salınması müğənni Sevinc Musayevanı qəzəbləndib. Sənətçi bu xəbəri eşidəndə əsəbləşdiyini deyib.
"Adım siyahıya salınan zaman Gəncədə idim. Xəbəri eşidib əsəbiləşmişdim. Hər dəfə vergi borcunu ödəmişəm. İndiyə kimi bir dəfə də olsun gecikməm olmayıb. Nazirliyin mətbuat xidmətimə dedim ki, Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək. Elə edin ki, ora gəlməyim. Yoxsa aləm dəyəcək bir-birinə. Yaxşı olar ki, özünüz həll edib. Ondan sonra bu məsələ ilə maraqlanmıram. Qazancım olmayanda da 100, 200 manat rüsum ödəmişəm”.
7news.Az








