RU
18:45
560

"Nə zəmanədir ki, qaloş geyinəsən?" - Sumqayıtda yol problemi - VİDEO

Sumqayıtın "Stansiya Sumqayıt" yaşayış massivinin sakinləri  problemlər məngənəsində boğulur.

7News.az ARB 24-ə istinadən xəbər verir ki, burada yaşayanların çatışmazlıqları bitib-tükənmək bilmir. Xüsusilə də bərbad yollar sakinləri təngə gətirib. Ən çox əziyyət çəkənlər isə övladlarını məktəbə aparan valideynlərdir.

Şikayətçilər: "Bax yağış yağır, qar yağır, ölümüzə-dirimizə gəlib-gedən yoxdu. Nə zəmanədir ki indi qaloş geyinəsən? Məktəbə də qoymurlar ki, soyunun. Gərək iki ayaqqabı geyinələr. Yağış yağanda buradan hərəkət etmək mümkün deyil".

On mindən çox əhalisi olan yaşayış massivinin problemləri  bununla da bitmir. Vay o gündən ki, kimsə ağır xəstələnə və Təcili Tibbi Yardıma ehtiyac duya. Əsl faciə onda yaşanır.  Burada aptek və tibb məntəqəsi də yoxdur.

Şikayətçi: "Ambulator müayinə lazımdır. Yəni tibb məntəqəsi. Kiməsə nəsə olduqda çatdırmaq lazımdır".

 

Bəs görəsən, sakinlərin bu problemlərinə nə vaxt əncam çəkiləcək? Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirdilər ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində sözügedən ərazinin sakinlərinin problemləri həllini tapacaq. Bu il burada  aptek, bankomat, tibb məntəqəsi sakinlərin istifadəsinə veriləcək. Bununla yanaşı ərazinin nəqliyyat və yol problemi də aradan qaldırılacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ