Nepalda güclü daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 1344 nəfərə çatıb.
Bu barədə ölkə polisi məlumat yayıb.
Son məlumatlara görə, təbii fəlakətdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Həm Nepal vətəndaşları, həm də əcnəbilər daxil olmaqla, ümumilikdə 4898 nəfər itkin düşmüş hesab olunur. İtkin düşən xarici vətəndaşların sayı 698 nəfərə çatıb. Xilasedicilər fəlakətdən təsirlənən əraziləri, həmçinin zədələnmiş su-elektrik stansiyalarını və tunelləri yoxlayaraq insanları axtarmağa davam edirlər.








