RU
Niderland səfiri Rusiya XİN-ə çağırılıb
18:50
170

Niderland səfiri Rusiya XİN-ə çağırılıb

Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

7NEWS.Az-ın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, bu il oktyabrın 20-də Britaniya kəşfiyyatının nümayəndəsi tərəfindən Rusiyanın Haaqadakı səfirliyinin hərbi attaşesinin məxfi əməkdaşlığa cəlb olunmasına cəhdlə bağlı səfirə kəskin etiraz bildirilib.
Söhbət zamanı vurğulanıb ki, bu cür təxribat xarakterli hərəkətlər yolverilməzdir, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir və Rusiyanın xarici nümayəndəliklərinin normal fəaliyyətinə mane olur.

Rusiya tərəfi Niderland hakimiyyətini ikitərəfli münasibətlərin daha da pisləşməsinə gətirib çıxaran bu cür qeyri-dost hərəkətlərdən çəkinməyə çağırıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ