RU
Niderland Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək
21:30
1010

Niderland Ukraynaya 100-dən çox “Leopard” tankı verəcək

"Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100-dən çox "Leopard” tankı verəcək".

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Prezident Volodimir Zelenski ilə görüşün yekununa dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynaya "Leopard2” tankları, həmçinin "Patriot” zenit-raket kompleksi və döyüş sursatları təhvil veriləcək.

Jurnalistlərin tankın tədarükü ilə bağlı sualına cavab olaraq hökumət başçısı bunun mümkün qədər tez olacağını deyib.

Xatırladaq ki, Mark Rutte fevralın 17-də Ukraynaya səfər edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ