Nigar Camal klipində rol alan Murad Qulubəylidən danışdı

Nigar Camal klipində rol alan Murad Qulubəylidən danışdı
Xəbər verdiyimiz kimi, müğənni Nigar Camalın "Get həyatımdan" adlı mahnısına çəkdirdiyi klipində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli çəkilib. 

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan ekran işi haqda News24.az-a danışan Nigar M.Qulubəylini klipinə çəkməsinin səbəbini açıqlayıb:

"Muradla çox gözəl dostluğumuz var. Kimi klipdə çəkməklə bağlı düşünürdük. Ağıllı, xarizmalı, yaraşıqlı, istedadlı və royalda ifa etməyi bacaran biri lazım idi.  Bizdə isə bu cəhətlərin cəm olunduğu birini tapmaq çox çətindir. Amma sonra ağlımıza bu cəhətləri özündə cəmləşdirən Murad gəldi və qərara gəldik ki, ona müraciət edək. Murada kliplə bağlı danışdım, onun da xoşuna gəldi və çəkilmək istədi. Beləcə, klip ərsəyə gəldi. Murad çox istedadlı insandır və bu, klipdə ilk roludur. Onu da qeyd edim ki, rolunu çox peşəkarcasına oynayıb".

7News.Az

Xəbər lenti