RU
Nigar Camal videosundan istifadə edənləri polisə verdi
15:00
332

Nigar Camal videosundan istifadə edənləri polisə verdi

"Bir neçə gündür sosial şəbəkələrdə mənim videomdan istifadə edilərək qumar oyunu reklam olunur. Dələduzluqla məşğul olan bu "application” sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir".

Bu sözləri Nigar Camal instaqram hesabında yazıb:

"Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırıram. Sözügedən reklamın mənimlə heç bir əlaqəsi yoxdur. İcazəsiz formada görüntülərdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq"./big
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ