Dünən Alov qüllələri kompleksi "Niyə " filminin qala gecəsi baş tutub.
7News.az xəbər verir ki, hər üç xanım ulduz Nigar Camal, Səidə Sultan, Natəvan Həbibi filmə baxmağa dəvət olunan məşhurlar sırasında yer alıblar. Nigar Camal big.az-ın "Azərbaycanda şou biznes varmı" sualına "Yox" cavabı verib. Digər tərəfdə foto çəkdirən Səidə Sultan, Natəvan Həbibini bu cavab qıcıqlandırıb. Hər iki rəfiqə Nigar Camalı susdurub:
" Ay bala, Azərbaycanda olan pullar heç yerdə yoxdu. Azərbaycanda şou da var, biznes də ".
Nigar Camal jurnalistlərlə müsahibəni yarımçıq qoyub, qalmaqala qoşulmaq istəmədiyini bildirib:
"Üzr istəyirəm, mən qaçdım".
7News.az









