"Məndə qorxu var ki, çaxnaşma başlayacaq, Qafanlılar İrəvana gəlməyə qərar verəcəklər. Orada xaos vəziyyəti yaranacaq".
Bu barədə Ermənistan parlamentində "Hayastan” fraksiyasının üzvü, Sünik şəhərinin keçmiş qubernatoru Vahe Hakopyan açıqlama verib.
Sonuncu qeyd edib ki, hazırda erməni tərəfinin qurbanları, əsirləri və mövqe itkiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Vahe Hakopyanın sözlərinə görə, bütün hərbi hissələr döyüşə hazır vəziyyətə gətirilib.
Sərhəddəki vəziyyətlə əlaqədar Rusiyaya müraciət etməyə gəlincə, Vahe Hakopyan bildirib:
"Mən bilmirəm necə müraciət ediblər, telefonla, yoxsa şifahi müraciət ediblər. Bu səmərəsizlər parlamenti anti-Rusiya platformasına çevirib, deyirlər ki, bir az gözləyək, ruslar müdaxilə etməsə, başqa tərəfdaşlar tapacağıq”.
Deputat onu da bildirib ki, hazırda "Hayastan” fraksiyası sərhəddəki vəziyyəti müzakirə edir, bununla bağlı açıqlama verəcək.
"Burada başqa fikir ola bilməz, Nikol öz səriştəsiz komandası ilə istefa verməlidir, Ermənistanı bu vəziyyətə gətirib çatdıran onlardır. Bu idi onların gələcəyi? Nikola səs verməyə gedən insanlar bu gələcəyi istəyirdilər?"- deyə o əlqvə edib./Qaynarinfo
7NEWS.Az








