Venesuelanın keçmiş prezidenti Nikolas Maduro 2026-cı ilin iyun ayının sonunda çəkilmiş fotolarını uşaqları və nəvələri ilə bölüşüb.
Fotolar Maduronun "Telegram" kanalında yayımlanıb.
"Bu şəkilləri bütün nəvələrimə, uşaqlarıma və bizi sevən bütün insanlara kiçik bir hədiyyə olaraq göndərirəm", - deyə Maduro yazıb.
O, müraciətində fotoları "sevgi və ümidin kiçik hədiyyəsi" adlandırıb və ona dəstək göstərən, dualarında yad edən hər kəsə təşəkkür edib.
Fotolarda boz rəngli idman geyimində olan sabiq prezident əvvəlki görüntüləri ilə müqayisədə xeyli arıqlamış vəziyyətdə görünür.
Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyat reallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub.










