Müğənni Niyam Salami maddi sıxıntı yaşadığını deyib.
Sənətçi bu haqda "Hüseynova bacıları” verilişində danışıb.
O bildirib ki, heç yerdən gəliri yoxdur:
"İstəsəydim, ansambl yığıb, toylara gedib, vaxtında yaxşı pullar qazanardım. Amma mən ürəyim istəyən mahnını oxumaq istədim. Kişi olasan, evdə qalasan. Çox əziyyət çəkirəm, bilmirəm nə olacaq. Pulsuzluqdan, təklikdən əziyyət çəkirəm. Niyə yalan danışım? Pulum yoxdur”./axşam
7News.Az








