"Səhhətim yaxşıdır. Demək olar ki, hər şey qaydasındadır. Toylara da dəvət alıram”.
7NEWS.Az xəbər verir ki, bunu Unikal.org-a xalq artisti Niyaməddin Musayev açıqlamasında deyib. Müğənni toylara getsə də, koronavirusdan qorunduğunu dilə gətirib:
"Koronavirusu yaxın aylarda keçirdiyim üçün hələ ki, vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində iştirak edirəm”.
7NEWS.Az








