"Frank Şvabenin növbəti dəfə yuyulmamış çömçə kimi ortalığa atılması və AXCP -nin mətbuat xidmətinin rəhbəri kimi danışması bir daha təsdiq edir ki, bu adam təxribatçıdır, oyunbazdır, saxtakardır və öz qərəzli açıqlamaları ilə yenidən gündəmə gəlməyə, suyu bulandırmağa çalışır!” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Hərgah, adama sual verən lazım: Kimsən axı sən? Niyə özünə əl qatmısan? Niyə dairəndəki, dislokasiyanda qərarlaşan seçicilərinin problemi haqda bir dəfə də olsun danışmırsan, amma Əli Kərimliyə gələndə "bülbül” kimi ötürsən? Niyə Almaniyadakı siyasi proseslər barədə hansısa mülahizə, fikir, şərh sənin dilindən bircə dəfə də olsa səslənmir, amma AXCP haqda elə "qırıldadırsan”, sanki ata ocağındı, ana məbədgahındı?
Nədir, bu qərəzin səbəbi? Nədir, sənin dərdin? Azərbaycan dövlətinə, Azərbaycanın mövcud hakimiyyətinə nə vermisən ki, ala bilmirsən?
Haqqında bəhs etdiyin Əli Kərimlini öz ölkəsində müdafiə edən, məhkəmədə onun arxasınca gələn 5 adam yoxdur, görmürsənmi bunu?
Alnamirsanmı ki, belə cinayətkarları müdafiə etmək sənin onsuzda yerlə bir sürünən reputasiyanı bir az da dalana dirəyir?
Fərqində deyilmisənmi ki, başını özünə aid olmayan işlərə soxmaqla, uzunburunluq etməklə, aidiyyətin olmayan məsələlərlə bağlı sərsəm açıqlamalar verməklə özünü necə gülünc duruma salırsan?
Əli Kərimli heç bir zaman Azərbaycan siyasətində olmayıb. İndi də yoxdur. Sabah da olmayacaq. Havadır - Əli Kərimli! Sabun köpüyüdür - Əli Kərimli! Küləkdir, içi boş şardır - Əli Kərimli! Mənasız, qara, iyrənc vızıltıdır - Əli Kərimli!
Eynən, sənin açıqlamaların kimi - cənab Şvabe!” - deyə millət vəkili fikirlərinə davam edib.








