RU
Nizami rayonunda su borusu partladı - VİDEO
14:37
323

Nizami rayonunda su borusu partladı - VİDEO

Metronun "Qara Qarayev” stansiyası yaxınlığında Tofiq Abbasov 15 ünvanında təmir zamanı su borusu partlayıb. Təzyiqlə gələn su ətrafda gölməçə yaradıb. 

Hadisə ilə bağlı 7News.Az-a açıqlama verən "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum əməkdaşları hadisə yerinə baxış keçirib:

"Hadisə ilə bağlı bizə müraciət daxil olan kimi əməkdaşlarımız əraziyə göndərilib. Hadisə Nizami rayonun Əlif Hacıyev küçəsi ilə Tofiq Abbasov 15 ünvanının kəsişməsində qeydə alınıb. Su borusu bərpa edilib.

Müəyyən saatlarda ərazidə içməli suyun verilişində fasilələr yaranıb. Hazırda isə bütün işlər yekunlaşdırılıb, əraziyə içməli suyun verilməsində heç bir problem yoxdur”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ