RU
Nurlan Əzizbəyli Ümummilli Liderin əziz xatirəsinə kompozisiya ittihaf edib
14:54
1360

Nurlan Əzizbəyli Ümummilli Liderin əziz xatirəsinə kompozisiya ittihaf edib

Məlum olduğu kimi, mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olacaqdır. BNEWS.az-ın verdiyi xəbərə görə, bu münasibətlə Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni-bəstəkar Nurlan Əzizbəyli "Ulu Öndərim” adlı kompozisiya ərsəyə gətirib. Sözügedən musiqili əsərin ifaçısı elə müğənninin özü, söz yazarı Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin fəalı Mehti Kamiloğlu, aranjımançısı isə Rasim Əsgərovdur. Qeyd edək ki, Nurlan Əzizbəylinin ifasında "Ulu Öndərim” mahnısı qarşıdakı günlərdə efirlərdə səsləndiriləcəkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ