"Hazırda təklif olunan şərtlərlə JCPOA-ya qayıtmaq təhlükəli səhv olardı".
Bunu İsrailin baş naziri Yair Lapid deyib.
O, Berlində Almaniya kansleri Olaf Şolzla danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib:
"Mövcud şəraitdə nüvə sazişinə qayıtmaq təhlükəli səhv olardı. Sanksiyaların ləğvi və İrana yüz milyardlarla dolların qayıtması təkcə Yaxın Şərqdə deyil, həm də Avropada terror dalğalarına səbəb olacaq”./yenisabah
7NEWS.Az








