RU
Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı
11:00
26

Nyu-Yorkda dinozavr skeleti fantastik qiymətə satıldı

ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda təxminən 67 milyon il yaşı olan dinozavr skeleti satılıb.

7News.Az ABC telekanalına istinadən xəbər verir ki, söhbət tirannozavr reksin daha kiçik ölçülü qohumu hesab edilən nanotirannusun skeletindən gedir.

Satışa çıxarılan nadir skeletə xüsusi ad verilib. Sümükləri aşkar edən şəxsin şərəfinə qalıqlar "Codi" adlandırılıb. "Sotheby's" beynəlxalq hərrac evində keçirilən satış zamanı skeletə görə 47/3 milyon dollar ödənilib.

Halbuki hərrac təşkilatçıları skeletin 6-9 milyon dollar arasında qiymətə satılacağını gözləyirdilər. Təxminən 12 dəqiqə davam edən hərracın sonunda skeleti əldə edən şəxs kimliyinin gizli saxlanılmasını istəyib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ