Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü D.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.








