Mərhum əməkdar artist Məmmədbağır Bağırzadənin vaxtilə xalq artisti Nazpəri Dostəliyevaya aşiq olduğu məlum olub.
Bu barədə "Şou ATV" proqramında məlumat verilib. Əvvəlcə, verilişdə qonaq olan xalq artisti barədə süjet təqdim olunub. Həmin görüntülərdə M.Bağırzadənin Dostəliyevanı sevməsi barədə fikirlər səsləndirilib.
Müğənni də əməkdar artistin ona sevgi münasibətinin olması barədə danışıb:
"Deyirdilər ki, Məmmədbağır Bağırzadənin yazdığı mahnılar mənə həsr olunub. Amma ona həmişə sənətkar gözündə baxmışam. Onun mənə böyük sevgi və istəyi olub". /qafqazinfo

7News.Az








