Xəbər verdiyimiz kimi, ötən gün müğənni Murad Boz və "TV8"in sahibi Acun Ilıcalı birlikdə görüntülənib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistləri görən ikili sualları cavablandırıb.
Zuhal Topalın aparıcılıq edəcəyi verilişlə TV8-də yayımlanan "Yemekteyiz” proqramının eyni formatda olması ilə bağlı Acun bu sözləri deyib:
"Bu mövzu ilə bağlı danışmaq istəmirəm. Mənim Zuhalla problemim yoxdur. Layihənin bu dərəcə oxşarını hazırlamaq olmaz. Məncə "O səs qayınanalar” adlı proqram hazırlasınlar”.
7News.Az








