RU
Obamanın yubiley gecəsindən sonra adada koronavirusa yoluxma sürətlə artıb
18:45
2616

Obamanın yubiley gecəsindən sonra adada koronavirusa yoluxma sürətlə artıb

ABŞ-ın sabiq prezidenti Barak Obamanın 60 illik yubileyi ilə bağlı keçirilən gecədən sonra Martas-Vinyard adasında koronavirusa yoluxma sayı sürətlə artıb.

Sabiq prezidentin yubiley mərasimindən sonra adada virusa yoluxma rekord həddə çatıb.

Obama 60 illik yubileyi ilə bağlı mərasimə əvvəlcə 500 nəfər qonaq dəvət etmək istəsə də, koronavirus səbəbindən bu sayı azaltmağa qərar verib. Nəticədə Obamanın yubiley gecəsində 400-dək qonaq iştirak edib. Qonaqlar arasında bir sıra ulduzlar, o cümlədən Jay-Z, Biyons, Krissi Teyqen və Con Lekend kimi ulduzlar və Obamanın ailəsi ilə ən yaxın dostları iştirak edib./olke

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ