RU
Odre Azule yenidən YUNESKO-nun baş direktoru seçilib
23:50
1865

Odre Azule yenidən YUNESKO-nun baş direktoru seçilib

Odre Azule yenidən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə seçilib.

Məlumata görə, onun namizədliyi çərşənbə axşamı YUNESKO Baş Konfransının Parisdəki qərargahında keçirilən 41-ci sessiyası çərçivəsində dəstəklənib.

O, 2017-ci ilin oktyabrında təşkilatın rəhbəri seçilib. Baş direktorun yeni mandatı 2022-ci ilin yanvarında başlayacaq.

Azule fəal rəhbər kimi seçilir. Təşkilat onun YUNESKO-ya rəhbərlik etdiyi müddətdə İraqın şimalındakı Mosul şəhərinin yenidən qurulmasında iştirak edib, mədəni irsin bərpasında Livana yardım edib, həmçinin koronavirus pandemiyası zamanı mədəniyyət və təhsilə dəstək aksiyalarının keçirilməsində iştirak edib. O, son dörd il ərzində bir sıra xaricə səfərlər edib. Azulenin vurğuladığı kimi, təşkilata rəhbərlik etdiyi ilk addımlardan başlayaraq, dayanıqlı sülh yaratmaq üzərində işləməyi əsas vəzifə hesab edir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ