7News.Az xəbər verir ki, sənətçi "instaqram" hesabında müğənni İlhamə Qasımova ilə birlikdə görüntüləndiyi arxiv fotolarını paylaşıb. 2015-ci ildə Almaniyada çəkilən fotolara geniş şərh yazan Oksananın bu postu izləyicilər tərəfindən maraqla qarşılanıb.
"Mənim gözəlim, dostum, bacım kimi əziz olan insan, səyahət yoldaşım, sirdaşım, İlhamə. Allah səni xoşbəxt eləsin, ailənlə, yaxınlarınla bərabər. Səni çox istəyirəm, nə yaxşı ki varsan. Artıq Azərbaycandasan, amma hələ də görüşməmişik, inşaAllah o günü səbirsizliklə gözləyirəm. Sənin kimi qadınlar çox azdır bu dünyada, hər zaman qadın kimi xoşbəxt ol" şərhini yazan sənətçi İlhaməyə olan sevgisini bildirib.
İlhamə Qasımova da öz növbəsində sözügedən posta şərh yazıb.
"Can.. Çox çox sağ ol. Çox sağ ol ki ,varsan həyatimda, sənin kimi rəfiqəm olduğu üçün çox xoşbəxtəm və qürurluyam. Səni çox sevirəm".
Fotoları təqdim edirik:





7News.Az








