Teleaparıcı Şəhriyar Əbilov rəqqasə Oksana Rəsulovayla sevgili olması xəbərinə aydınlıq gətirib:
“Oksanayla dostam. Hal-hazırda Hindistandadır, layihələr üzərində çalışır. Şəxsi həyatı və işi ilə bağlı bütün sirrlərini mənə danışır. Oğlanla qızın dostluğuna pis baxmıram. O insan öz nəfsini idarə edə bilirsə, niyə də oğlanla qızın dostluğu olmasın”.
Şəhriyar Əbilov bu barədə ATV-nin efirində yayımlanan “Qonaq gəl bizə” verilişində qonaq olarkən bildirib.
Verilişdən bu və digər görüntüləri izləyə bilərsiniz. /atv
7News.Az








