Olimpiya çempionu Fransada prezidentliyə namizəd olacaq
7News.az xəbər verir ki, beşqat Olimpiya çempionu, cüdoçu və Fransanın ən məşhur idmançılarından biri olan Teddi Riner gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb. İdmançı sosial şəbəkələrdə paylaşdığı videoda bu qərarını elan edərək, özünü nə sağ, nə də sol siyasi cərəyana aid etdiyini, əsas məqsədinin isə cəmiyyətdə birliyi təmin etmək olduğunu bildirib.