RU
13:55
1123

"Oğlumun ölümü ilə həyatımın ən ağır faciəsini yaşadım..." - Xalq şairinin OĞUL DƏRDİ

"Həyatımın ən ağır faciəsini yaşadım.”

7News.az
 xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocayevin vaxtsız ölümündən danışarkən deyib. Övlad itkisinin ağır dərd olduğunu deyən şair bu faciəyə hələ də inanmaq istəmədiyini bildirib:

"Heç vaxt inanmazdım ki, oğlumun ölümünü görərəm. Sən demə, qismətimdə bu ağır faciəni görmək də varmış."

Fikrət Qoca Yalçın Qocayevin yaşadığı evin pilləkənindən düşərkən yıxıldığını qeyd edib:

"Onun səhhətində heç bir problem olmayıb. Apreldə 54 yaşı olacaydı. Nəsib olmadı, həyatı yarımçıq qaldı.”
 

7News.az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ