RU
Ona xəyanət edən ərinən boşanır - Fotolar
12:50
672

Ona xəyanət edən ərinən boşanır - Fotolar

Ukraynanın xalq artisti Ani Lorak ona xəyanət edən əri, türkiyəli iş adamı Murad Nalçacıoğludan boşanır. 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kiyev Notarius Xidməti məlumat yayıb. 

Bildirilib ki, sənətçidən 4 oktyabr tarixində quruma məktub ünvanlanıb. O, Kiyevdəki əmlaklarının siyası barədə ofisə məlumat verib və həyat yoldaşı ilə boşanma prosesində olduğunu qeyd edib. 

Qeyd edək ki, yayda M. Nalçacıoğlu ilə model Yana Belyaevanın səmimi görüntüləri yayılmışdı. Bundna sonra Ani qızı ilə birgə evdən getmişdi. 

Daha sonra onların barışmaqları barədə xəbər yayılmışdı. Lakin hər iki tərəf mövzu ilə bağlı açıqlama verməmişdi. 

Xatırladaq ki, Ani Lorak türk iş adamı ilə 2009-cu ilin avqustunda evlənib.  Cütlüyün bu nikahdan Sofiya adlı qızı var. 

 




7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ