RU
15:20
345

"Onlar gərək Bakıdan köçüb getsinlər" - Nadirdən SƏRT SÖZLƏR - FOTO

Elə sənətkarlar varmı ki, onları, doğurdan da, xalq efirdə görəndə söyür? Çünki onlar gənclərin qabağına özləri buldozerlə çıxırlar. Yəni, biri var gəncə dəstək olasan, biri də var onları əzəsən. Unudurlar ki, səhvsiz yalnız Allahdır. Onların buna haqqı varmı?

7News.Az xəbər verir ki, bu sualla prodüser-aparıcı Tarix (Tolik) Əliyev rəsmi Youtube kanalında start götürən "Tarix ilə səmimi" adlı layihəsinin ilk qonağı Nadir Qafarzadəyə müraciət edib.
 
 Nadirin Tolikin sualına verdiyi cavabın isə yeni qalmaqala səbəb olacağı istisna edilmir:

"Dediyiniz o yaşlı nəslin nümayəndələri məgər aydan arı, sudan durudurlar?! Müqəddəs Məryəm, Fatimeyi-Zəhra deyillər ki?! Hamısının günahı var. Onların günahları bunlardan da çox olub. Sadəcə, sovet dövrü olduğu üçün onlar hamısı pərdə arxasında qalıb. Onların çıxdığı ağacları budaq-budaq silkələyiblər ha! Onları biz bilirik. Açıb onları desək, onlar gərək Bakıdan, ümumiyyətlə, Azərbaycandan köçüb getsinlər. Ona görə, susub otursunlar. Onların günahları və qələtləri indikilərdən çox olub. Sadəcə, bu yazıqların zibillərini açan İnstaqram, Facebook-dur". 

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəbər lenti