RU
Oqtay Gülalıyev palataya köçürüldü - Foto
13:20
249

Oqtay Gülalıyev palataya köçürüldü - Foto

Hüquq müdafiəçisi Oqtay Gülalıyev palataya köçürülüb.

7News.Az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.

"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra  Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu Türkiyəyə göndərib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ