RU
Oğuzda ağır qəza: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
12:20
53

Oğuzda ağır qəza: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

Oğuzda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 06:00-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Yaralılara döş qəfəsinin səthi travması, bədənin müxtəlif nahiyələrinin kəsilmiş, cırılmış yaraları, burun sümüklərinin və qabırğaların sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1991-ci il təvəllüdlü pasiyent (kişi) ambulator müalicə üçün evə buraxılıb. Digər üç nəfər isə daha ixtisaslı tibbi xidmət alması üçün Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ