RU
Bərdədə ƏMƏLİYYAT: Qadın külli miqdarda narkotiklə ələ keçdi - VİDEO
12:00
18

Bərdədə ƏMƏLİYYAT: Qadın külli miqdarda narkotiklə ələ keçdi - VİDEO

Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb.

Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ